Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin, Donald Trampın sui-qəsd cəhdi zamanı yaralanmasından sonra onun üçün dua edib.
Musavat.com-un xəbərinə görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff jurnalist Taker Karlsona verdiyi müsahibəsində bildirib ki, Putin ona Trampın yaralandığı zaman yerli kilsəyə gedərək, keşişi ilə görüşüb və Trampın sağlığı üçün dua etdiyini söyləyib.
Putin dua etməsinin səbəbini Trampın prezidentliyini dəstəkləmək deyil, şəxsi dostluğuna görə olduğunu qeyd edib.
Xatırladaq ki, Uitkoff martın 13-də Moskvada Putinlə görüşüb.
Musavat.com
23 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ