İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin HƏR ŞEYİ açıb-tökdü: Son ukraynalı ÖLƏNƏ qədər... – CANLI

“Qərb Ukraynaya əlavə texnika verə bilər, lakin səfərbərlik ehtiyatının sonu var”. Musavat.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi operativ iclasda bildirib.

O, müdafiə naziri Sergey Şoyqu və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Ukrayna qoşunlarının texnika və şəxsi heyətdəki itkiləri barədə səsləndirdiyi məlumatları belə şərh edib:

“Bunun ilkin məlumatlar olduğunu başa düşürəm, çünki döyüş meydanında hər şeyi sona qədər görmək mümkün deyil, amma ümumiyyətlə başa düşüləndir. Buradan belə nəticəyə gəlmək olar ki, texnikanı, əlbəttə ki, əlavə çatdırmaq olar, lakin səfərbərlik ehtiyatı sonsuz deyil”.

“Görünür, Ukraynanın qərb müttəfiqləri həqiqətən də son ukraynalıya qədər Rusiya ilə döyüşməyə qərar veriblər”, - deyə Prezident vurğulayıb.
Krıma təhlükə yaranarsa, Rusiyanın nüvə silahından istifadə ehtimalı var, çünki yarımada Putinin tacındakı mirvaridir.


Ukrayna Prezident Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç deyib. “Ukrayna ordusunun Krıma daxil olması kritik məqamdır. Çünki Krım Putinin tacının mirvarisidir. O, nüvə şantajına, məsələn, nüvə sistemini yüksək hazırlıq vəziyyətinə gətirməyə, təhdidlərə, dünya ictimaiyyətinə təsir cəhdlərinə əl atmağa çalışacaq. Çoxlu nüvə blefi olacaq. Nüvənin istifadəsi üçün müstəsna şərtlər lazımdır. Eyni zamanda Çin, Hindistan və Türkiyə buna qarşıdır. Rusiyanın əsas tərəfdaşları indi bunlardır”, - Arestoviç bildirib.

TVMusavat-ın bu günkü “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu regiondakı prosesləri politoloq Vaqif Hüseynlə müzakirə edir. Verilişi saat 15:00-dan etibarən canlı izləyə bilərsiniz.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR