İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin güc blokunda bunları etdi! Əsas təyinatlar və yerdəyişmələrin özəti

Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bazar günü yeni hökumətin güc strukturlarının (güc blokunun) sxemini, yeni təyinatları və yerdəyişmələri elan edib.

Bunlar aşağıdakılardır:

▪️Putin əvvəlki hökumətdə Andrey Belousovu Rusiyanın müdafiə naziri təyin etməyi təklif edib. Bundan əvvəl Belousov baş nazirin birinci müavini olub.

▪️Müdafiə Naziri Şoyqu, Təhlükəsizlik Şurasının katibi təyin edilib. Peskovun da dediyi kimi, o hım də FSVTS-nin işinə nəzarət edəcək və hərbi-sənaye kompleksi üzrə komissiyada prezidentin müavini olacaq;

▪️Kremldə Müdafiə Nazirliyindəki kadr dəyişikliyinə izahat veriblər: "Putini bu vəzifəyə mülki şəxs təyin edilməsini zəruri hesab edib". Qeyd olunub ki, “MN yeniliklərə və qabaqcıl ideyalara açıq olmalıdır”.

▪️Bundan əlavə, Peskov qeyd edib ki, güc blokunun iqtisadiyyatını ölkə iqtisadiyyatına uyğunlaşdırmaq çox vacibdir.

▪️Patruşev Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilib.

▪️Baş Qərargah rəisi Valeri Gerasimov öz vəzifəsində fəaliyyətini davam etdirəcək.

▪️Digər hüquq-mühafizə orqanlarının - Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Xarici Kəşfiyyat Xidməti, FSB və Rusiya Milli Qvardiyasının rəhbərləri Federasiya Şurasının razılığı ilə öz vəzifələrini saxlayacaqlar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR