İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Əsədin zənglərinə cavab vermirmiş – Qaçışdan əvvəl nələr olub

Suriyanın devrilmiş diktatoru Bəşər Əsədin mətbuat xidmətinin keçmiş rəhbəri Kamal Saqr prezidentin ölkədən qaçışından əvvəl baş verənlərlə bağlı danışıb.

 Musavat.com xəbər verir ki, noyabrın sonunda Əsəd Putinlə görüş üçün iki gün gözləyib və görüş üç dəfə təxirə salınıb.

“Nəhayət, Əsədin Rusiya prezidenti ilə bir saat davam edən görüşü baş tutdu. Putin köməkçisi vasitəsilə görüşlə bağlı açıqlamaların olmayacağını bildirdi.  Rusiya tərəfi Əsədi Türkiyə prezidenti Ərdoğanla danışıqlar masasına oturmağa çağırdı”.

Lakin dekabrın 5-də Türkiyə danışıqlardan imtina edib. Putin isə Belarusda məşğul olduğunu əsas gətirərək Əsədin zənglərinə cavab verməyib. 

“Homs hadisələrindən sonra ordu təslim olmağa başladı, Əsəd artıq süqut etdiyini anladı”,- Saqr bildirib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR