İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin ELAN ETDİ - Əks-hücum əməliyyatı pozuldu

Xəbər verdiyimiz kimi, Rusiyanın nəzarətində olan Xerson vilayətində Nova Kaxovka bəndi vurulub. Ukrayna ordusu və NATO Rusiyanı nəhəng bəndi partlatmaqda ittiham edib. Rusiya isə bu iddianı təkzib edərək qarşı tərəfi günahlandırıb. Daşqınlar səbəbindən bölgədən təxliyələr başlanıb, suyun səviyyəsi kritik həddə çatıb. 

Nova Kaxovka bəndinin dağılması 1986-cı ildə Çernobıl hadisəsindən sonra Avropada ən böyük texnogen fəlakət adlandırılır.

Musavat.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Kaxovka SES-də baş verən partlayışda qətiyyən maraqlı olmadığını bildirib.

Rusiya lideri qeyd edib ki, Kaxovka SES-də baş verən faciə Rusiyanın yeni regionları üçün ağır nəticələrə səbəb olub və bu, əks-hücum əməliyyatını pozub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR