Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin iqtisadiyyatda dollarsızlaşma prosesini qaçılmaz hesab edir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, iqtisadi məsələlərə həsr olunmuş müşavirədə Rusiya dövlət başçısı büdcə proqnozları mövzusuna toxunub.
“Əlbəttə, bizim prioritetimiz makroiqtisadi sabitliyi və davamlılığı qorumaqdır. Hazırda nəyə daha çox diqqət yetirmək, hara daha çox vəsait ayırmaq və ya daha çox qənaət etmək, “təhlükəsizlik yastığı” yaratmaq, onu yeni şəraitdə necə yaratmaq barədə mübahisələr gedir. Bütün bunlar müasir şəraitdə məlum və qaçılmaz de-dollarizasiya prosesinin olduğu bir vaxta təsadüf edir”, - deyə Putin bildirib.
Musavat.com
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ