İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Delimxanova Rusiya Qəhrəmanı adı verdi

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının deputatı Adam Delimxanova “Rusiya Qəhrəmanı” adı verib.

BAKU.WS TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Putin bununla bağlı sərəncam imzalayıb.

"Donetsk Xalq Respublikası, Luqansk Xalq Respublikası və Ukraynanın ərazilərində keçirilən xüsusi hərbi əməliyyat zamanı göstərdiyi şücaət və qəhrəmanlığa görə Adam Sultanoviç Delimxanova "Rusiya Federasiyasının Qəhrəmanı" adı verilsin", - sərəncamda deyilir.

Qeyd edək ki, 52 yaşlı Delimxanov, Dövlət Dumasının Çeçenistandan olan deputatıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR