İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin buna görə Türkiyəyə təşəkkür etdi

Rusiya Türkiyənin Ukrayna böhranının həllinə sadiqliyini minnətdarlıqla qeyd edir.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşündə deyib. Onun sözlərini RİA Novosti sitat gətirib.

“Biz türk dostlarımızın böhran vəziyyətlərinin, o cümlədən Ukrayna ətrafındakı böhranın həllinə töhfə vermək ruhunu minnətdarlıqla qeyd edirik”, - deyə Putin Türkiyənin xarici işlər naziri ilə görüşü zamanı bildirib.

Rusiya prezidenti həmçinin danışıqlar prosesini dəstəklədiyinə və böhranın həlli ilə bağlı Ukrayna ilə dialoq üçün İstanbul platformasını təmin etdiyinə görə Ərdoğana təşəkkür edib.

Putin taxıl müqaviləsinin bağlanmasında Ərdoğanın mühüm rol oynadığını əlavə edib və onun uzadılmamasında günahın Rusiyada olmadığını vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR