İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin böyük strateji səhvə yol verib”- NATO

“Rusiyanın Ukraynaya qarşı apardığı müharibə, çox güman, hansısa mərhələdə danışıqlar masası arxasında başa çatacaq”.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Buxarestdə alyansa üzv ölkələrin xarici işlər nazirlərinin görüşünün açılış mərasimində deyib. 

Onun sözlərinə görə, lakin bu danışıqların gedişatı və nəticəsi tamamilə döyüş meydanındakı vəziyyətdən asılıdır:

“Döyüş meydanında isə təkcə son ay ərzində Putinin Ukrayna xalqının, onun ordusunun və siyasi rəhbərliyinin gücünü lazımi qədər qiymətləndirməyək böyük strateji səhvə yol verdiyini gördük”. 

Stoltenberq, həmçinin qeyd edib ki, tərəfdaşlar Vladimir Putinə qalib gəlməyə imkan verməyəcəklər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR