Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 2 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqları ilə bağlı yeni açıqlama verib.
O bildirib ki, Rusiya tərəfinin nümayəndə heyəti əvvəlki – 16 may tarixindəki danışıqlardakı eyni tərkiblə prosesə qatılacaq.
Zaxarova bu qərarın davamlılıq və mövcud müzakirə formatının qorunması baxımından vacib olduğunu qeyd edib. Hələlik ABŞ tərəfinin danışıqlarda iştirak edib-etməyəcəyi ilə bağlı rəsmi qərar açıqlanmayıb.
Xatırladaq ki, Ağ Evin sözçüsü Kərrolayn Livitt də Tramp administrasiyasının bu görüşlərə nümayəndə göndərib-göndərməmək məsələsini dəyərləndirdiyini bildirmişdi.
Musavat.com
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ