İnsanlara hürriyət, millətlərə istiqlal!

Publika.az və Teleqraf.com saytlarının 11 yaşı tamam oldu

Bu gün "Gündəlik Teleqraf" MMC-yə daxil olan Publika.az və Teleqraf.com saytlarının 11 yaşı tamam olur.

Publika.az 2012-ci ilin martın 1-də portal kimi, "Teleqraf" isə gündəlik qəzet kimi fəaliyyətə başlayıb.

Publika.az-da xəbərlərlə yanaşı, geniş araşdırmalar, təhlillər, müsahibələr, videmüsahibə, videoreportajlar, habelə digər videolayihələr, həmçinin oxucunu maraqlandıran layihələr yer alır.

Publika.az-ın əsas hədəfi siyasətdən tutmuş, şou-biznesə qədər bütün sahələri əhatə etmək və hər kateqoriyadan olan oxucuları məlumatlandırmaqdır.

Teleqraf.com saytı isə siyasət, dünya, iqtisadiyyat, yazarlar, müsahibə, simsiz, toplum, kriminal, art, idman, maqazin kimi çoxşaxəli bölmələrə uyğun xəbərlər istehsal edir. 

"Yeni Müsavat" Media Qrupu Publika.az və Teleqraf.com-da çalışan həmkarlarını təbrik edir, onlara yaradıcılıq müvəfəqiyyətləri və stabil jurnalistika fəaliyyəti arzulayır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR