İnsanlara hürriyət, millətlərə istiqlal!

Psixopatların ortaq fiziki özəlliyi aşkarlandı - Əllərdə buna diqqət!

Psixopatlar adətən antisosial davranışları və manipulyasiya qabiliyyətləri ilə tanınsalar da, araşdırmalar onların ortaq fiziki xüsusiyyətə malik olduğunu göstərir.

Kanadalı tədqiqatçı Robert D. Hare tərəfindən hazırlanan Psixopatiya Ölçüsü Yenidən İşlənmiş (PCL-R) testi psixopatları müəyyən etmək üçün istifadə olunur. Lakin yeni tədqiqatlar barmaq uzunluğunun da şəxsiyyət xüsusiyyətləri ilə əlaqəli ola biləcəyini ortaya qoyub.

2D:4D nisbəti və psixopatiya

“Journal of Psychiatric Research”də dərc olunan araşdırmaya görə, psixopat diaqnozu qoyulmuş şəxslərin üzük barmağı şəhadət barmağından daha uzun olur. Bu nisbət (2D:4D nisbəti) ana bətnində testosteron hormonunun səviyyəsi ilə əlaqələndirilir.

İdman alimi Dr. Ben Serpellin sözlərinə görə, 2D:4D nisbəti prenatal dövrdə formalaşır və testosteronun yüksək olması aqressiv davranış meylləri ilə bağlıdır. Bu göstərici kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir və dominant xarakterin göstəricisi hesab edilir.//E-saglam.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR