İnsanlara hürriyət, millətlərə istiqlal!

Prokuror Perunun sabiq prezidentinə 18 ay həbs cəzası istəyib

Perunun Baş prokuroru Uriel Teran prezident vəzifəsindən kənarlaşdırılan Xose Pedro Kastilyo Terronesə ilkin olaraq 18 aylıq həbs cəzası tələb edib.

AZƏRTAC “El Comercio” qəzetinə istinadla xəbər verir ki, baş prokurorun fikrincə, sabiq prezident parlamentin buraxılması və fövqəladə vəziyyətin elan edilməsi barədə göstəriş verərkən fəaliyyətinin qanunsuz olduğunu bilirdi.

Bir müddət öncə Peru Ali Məhkəməsi Pedro Kastilyonun həbsdən azad olunması barədə vəsatəti rədd edib.

Xatırladaq ki, dekabrın 7-də Xose Pedro Kastilyo Terrones parlament tərəfindən hakimiyyətdən uzaqlaşdırılıb. Prezident isə öz növbəsində Konqresin (parlamentin) buraxıldığını və ölkədə komendant saatının tətbiq olunduğunu elan edib. Lakin hərbçilər və polislər prezidenti deyil, Konqresi dəstəkləyib. Nəticədə dövlət başçısının istefası təsdiqlənib. Kastilyo saxlanılıb və ona qarşı qiyam təşkil etmək ittihamı irəli sürülüb.

Parlamentin impiçment qərarından sonra Pedro Kastilyonun dəstək aldığı bəzi rayonlarda iğtişaşlar başlayıb. İğtişaşların gedişində ikisi azyaşlı olmaqla yeddi nəfər həlak olub, 110-dan çox polis əməkdaşı xəsarət alıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR