İnsanlara hürriyət, millətlərə istiqlal!

Professor xərçənglə bağlı həyəcan təbili çaldı: müayinədən keçməsəniz...

Tibbi onkologiya mütəxəssisi professor Deniz Yamaç dünyada xərçəng xəstəliyində ciddi artım olduğunu bildirib.

Həkimin sözlərinə görə, tədbir görülməsə, 30 ildən sonra xərçəng hadisələrinin 75 faiz artacağı təxmin edilir.

Professor hər kəsin sağlamlıq təşkilatlarının tövsiyə etdiyi skrininq proqramları üçün mütəmadi olaraq müayinələrdən keçməli olduğunu vurğulayıb:

“Xərçəng bədənin hər hansı bir orqanında və ya toxumasında hüceyrələrin nəzarətsiz çoxalması və böyüməsi ilə meydana gəlir. Xəstəlik yayılmadan əvvəl müayinələr aparılarsa, müalicə də uğurlu olur. İnsanın bədənində gördüyü hər hansı dəyişiklik və ya şikayətləri ən qısa zamanda həkiminə bildirməsi çox vacibdir. Bundan əlavə, qadınların 40 yaşından etibarən döş və illik ginekoloji müayinədən keçməsi, kişilərin isə 50 yaşından etibarən prostat müayinəsindən keçməsi lazımdır”.

Həkim əlavə edib ki, xüsusilə mədə-bağırsaq sistemində şişləri olan insanların 50 yaşdan sonra xərçəngə qarşı müayinə üçün qastroenteroloqlara müraciət etmələri tövsiyə olunur: “Erkən diaqnoz həyatı xilas edir. Dünyada xərçənglə bağlı çoxlu araşdırmalar aparılır. Araşdırmalara görə, tədbir görülməsə, 30 ildən sonra xərçəng xəstəliyinin 75 faiz artacağı təxmin edilir. Bu, çox narahatedici rəqəmdir”. (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR