İnsanlara hürriyət, millətlərə istiqlal!

Professor İlham Rəhimov BDU-nun hüquq fakültəsində görüş keçirib - FOTOLAR

Bu gün Azərbaycanın Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin tələbələri və müəllim heyəti ilə görüş keçirib. Görüşdə, həmçinin Milli Aviasiya Akademiyasının tələbələri də iştirak ediblər.

Musavat.com xəbər verir ki, tələbələr qarşısında çıxış edən professor İlham Rəhimov BDU-nun ən qocaman fakültəsi olan Hüquq fakültəsinin ali təhsilli, milli hüquqşünas kadrların yetişməsində əvəzsiz xidmətləri olduğunu bildirib. Onun sözlərinə görə, bu Universitetdə təhsil almaq hər bir gənc arzusu olsa da, Hüquq fakültəsinin tələbəsi olmaq daha məsuliyyətli və şərəflidir.

Görüşdə professor İlham Rəhimov tələbələrin suallarını cavablandırıb, onların səsləndirdikləri təkliflərini dinləyib.

Tədbirdə professor İlham Rəhimova Azərbaycanın cinayət hüquq elminin inkişafına və dünyada təbliğində əvəzsiz xidmətlərinə görə “Cinayət Hüququ Klubu”nun fəxri üzvü diplomu və BDU-nun 95 illiyi münasibətilə Fəxri Fərman təqdim olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR