İnsanlara hürriyət, millətlərə istiqlal!

“Prius” markalı avtomobildə narkotik vasitə tapılıb - FOTOLAR

Suraxanı DYPŞ-nin əməkdaşları “Prius” markalı avtomobildə narkotik vasitə aşkarlayıblar.

Bakı şəhər BPİ DYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli Musavat.com-a bildirib ki, DYP əməkdaşları 99-UD-357 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1974-cü il təvəllüdlü Abdullayev Ələsgər Fizuli oğlunu yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlayıblar. Müəyyən edilib ki, sürücü narkotik vasitələrin təsiri altında avtomobil idarə edir.

Avtomobildə olan 1974-cü il təvəllüdlü Məhərrəmov Vüsal Sabir oğlunun şübhəli hərəkətləri əsasında avtomobilə baxış keçirilib, 1 kq 26 qr heroin aşkarlanıb.

Şübhəli şəxslər saxlanılaraq Suraxanı RPİ-yə təhvil verilib. Araşdırmalarla narkotik vasitələri təhvil alacaq şəxs də müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar davam etdirilir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR