İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinin qiyamına görə həbslər başlayır  

Rusiyada politoloq və publisist Mixail Serenko şənbə günü axşam Volqoqradda saxlanılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Serenko Yevgeni Priqojin və onun Vaqner ÖHŞ-nin silahlı qiyamına kömək etməkdə şübhəli bilinir. Serenko bu, qiyamla bağlı saxlanılan ilk şəxs hesab olunur.

Serenkonun həyat yoldaşının sözlərinə görə, saat 22-də onların mənzilinə 6 silahlı polis əməkdaşı və bir müstəntiq daxil olub. Hüquq mühafizəçiləri mənzildən demək olar ki, bütün avadanlıqları götürüb və vəkilini çağırmağa imkan vermədən Serenkonu polis şöbəsinə aparıblar.

"Müstəntiq “Vaqner”in qiyamı ilə bağlı bizə iddia edilən bir şey oxudu. Guya Mixail onlara kömək edirmiş. Bu, tamamilə cəfəngiyatdır",- deyə bu Serenkonun həyat yoldaşı bildirib.

Mixail Serenko Volqoqradda bir neçə çap mediasında çalışıb. O, şəhər dumasının deputatı olub, sonra Traktorozavodski rayonunun administrasiyasının rəhbəri təyin edilib. Politoloq hətta Volqoqrad bələdiyyə televiziyasının da rəhbəri olub. Bir neçə il əvvəl o, “Freedom Island” internet qəzetini təsis edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR