Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putinə qarşı başlatdığı qiyamdan cəmi 2 ay sonra şübhəli şəkildə dünyasını dəyişən rus muzdlu “Vaqner” qrupunun lideri Priqojin ölümünün 40-cı günündə yaxınları tərəfindən Sankt-Peterburqda yerləşən məzarı başında yad edilib.
Məlumata görə, mərasimdə Priqojinin 100 milyon funt-sterlinq sərvətini miras alacaq 25 yaşlı oğlu Pavel və anası Violetta da iştirak edib.
Bəzi rusiyalı ekspertlər Pavelin mirasın bir hissəsi kimi Vaqner qrupuna nəzarəti ələ alacağını iddia edib.
Bəziləri təyyarənin içindəki cəsədin Priqojinə aid olmadığını və 62 yaşlı Priqojinin sakitcə xaricə qaçdığını desə də ənənəvi mərasimdə anası və oğlunun iştirakı Priqojinin təyyarənin içərisində öldüyünü təsdiq edir.
Qeyd edək ki, Priqojinin ölümünün 40-cı günündə Moskvada və bir çox başqa şəhərlərdə mərasimlər keçirildi. Mərasimlərə minlərlə rusiyalı qatıldı, lakin dövlət televiziyası bunu işıqlandırmadı. Putinin əleyhdarları isə ana və oğlunu qəbiristanlıqda tək qoymayıb, əllərində “Qan, namus, vətən, igidlik” yazılmış plakatlar tutublar.//Manşet.az
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ