İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinin Kremldəki yeni “dayıları” bəlli oldu

Rusiya Müdafiə nazirliyi ilə ciddi münaqişə yaşayan Yevgeni Priqojin rejim iyerarxiyasında nüfuzlu füqurlar tərəfindən dəstək alıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu “Rosneft” şirkətinin rəhbəri İqor Seçindir. Rusiya mətbuatı onların hər ikisinin bu günlərdə görüşdüyünü yazıb.

“Rosneft” rəhbərliyinə yaxın olan məlumatlı şəxsin “Biz izah edə bilərik” kanalına verdiyi xəbərə görə, ötən həftənin əvvəlində Seçin və Priqojin arasında qeyri-rəsmi görüş baş tutub. Onun sözlərinə görə, Seçin həmin görüşdən sonra şirkətin vitse-prezidenti, “Rosneft”in aparatının rəhbəri Anastasiya Skatinaya Priqojinin strukturlarına və layihələrinə maliyyə dəstəyi göstərməyi tapşırıb. Söhbət hansı layihələrdən gedir, hələ bilinmir.

Qeyd olunur ki, “Rosneft” rəhbərliyinin özünün tam tərkibi məlum deyil və A.Skatina nəşr olunan hissədə göstərilmir. Ötən ilin sentyabrından “Rosneft” Qərbin şirkətə tətbiq etdiyi sanksiyalarla bağlı idarə heyətinin tərkibi haqqında məlumatları gizlədir.

Priqojinin dəstək aldığı digər iri rütəbli məmur isə Rusiya Təhlükəsizlik şurasının katibi Nikolay Patruşev sayılır. Son zamanlarda Ukrayna cəbhəsində sursat çatışmazlığından şikayət edən “Vaqner”çilərə məhz Patruşevin tapşırığı əsasında kömək göstərildiyi deyilir.

Lakin ümumilikdə Yevgeni Priqojinin fəaliyyətinə qarşı yuxarı dairələrdə sərt münasibətin hökm sürdüyü gizlədilmir. Kremlyönlü siyasi analitik Sergey Markov fevral ayında Priqojin və onun strukturları ilə bağlı informasiyaların yayılmasına federal kanallarda qadağa qoyulduğunu bildirib. Hətta “Putinin aşpazı”na yaxın olan “Grey Zone” teleqram kanalı Müdafiə Nazirliyinin media üçün bununla əlaqədar təlimatını dərc edib.

Müdafiə naziri Şoyqu isə artıq “Vaqner”in “sahələrinə” girməyə başlayıb. Gələn informasiyalara əsasən, Müdafiə Nazirliyi də həbsxanalarda məhkumları xidmətə cəlb etməyə başlayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR