İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojin yutubun bloklanmasını istəyir

“Vaqner” ÖHŞ-nin yaradıcısı Yevgeni Priqojin mətbuat xidməti vasitəsilə Baş Prokurorluğa yutubun bloklanması ilə bağlı müraciət edib.

Musavat.com xəbər verir ki, bu barədə o, teleqram kanalında danışıb.

“İndi mən sizə gizli bir şeyi deyəcəyəm. Nə qədər dişlərini sındırsalar da, guya savaşda bizi dəstəkləyən, əslində isə xüsusi əməliyyatda (Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibəyə qoyulan ad - red.) bizə müdaxilə edən, mayın 9-da Rusiya bayraqlarını əllərində yellədən, ancaq qohumlarını xaricə yerləşdirib Dubaya qolf oynamağa gedən əclaflara səslənirəm - yaxın gələcəkdə yutub bağlanacaq. Bu şəbəkədən aktiv istifadə edənlər isə öz növbəsində müəyyən ediləcək və yasaqdan sonra layiqli cəzalarını alacaqlar”, - deyə Priqojin bildirib.

“Putinin aşpazı”nın bu bəyanatına rəsmi səviyyədə reaksiya verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR