İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojin Medvedyevi təhqir etdi - Kremldə nələr baş verir?

 

Xəbər verildiyi kimi, Rusiyanın keçmiş prezidenti, hazırda Təhlükəsizlik şurasının sədr müavini Dmitri Medvedyev bu günlərdə 2023-cü il üçün maraqlı proqnozlar verib.

Musavat.com xəbər verir ki, Medvedyevin proqnozları siyahısında ABŞ-ı gözləyən “vətəndaş müharibəsi”, Böyük Britaniyanın AB-yə qayıdışı, lakin bundan sonra Avropa İttifaqının dağılması, Texas və Meksikanın ittifaqının qurulması, Dördüncü Reyxin qurulacağı kimi fantastik təxminlər yer alıb.

Maraqlıdır ki, Medvedyevin söylədiklərinə Vladimir Putinin digər yaxın dostu, son zamanlarda Ruisya mətbuatında adı daha çox çəkilən, Yevgeni Priqojin tərəfindən təhqiredici reaksiya gəlib.

Priqojin Medvedyevin 2023-cü il üçün proqnozlarını belə şərh edib:

“Bəli, “proqnozlarla” tanış oldum və bu cür erotik fantaziyaları heç bir şəkildə şərh edə bilmərəm. Təbii ki, istənilən fantaziyanın öz yeri var. Amma mənə elə gəlir ki, Struqatski qardaşları (Rusiyanın məşhur fantast yazıçı qardaşlar-red.) onu məndən yaxşı başa düşürlər”.

Siyasi ekspertlər bunu Kreml daxilində savaşın qızışması, Priqjin-Kadırov cütlüyü ilə digər dövlət strukturları arasında gərginliyin ən yüksək səviyyəyə çıxmasının göstəricisi olaraq qələmə verirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR