İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin mühüm açıqlaması: Azərbaycanın neft ehtiyatları...

Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində ölkənin neft-qaz ehtiyatlarına dair maraqlı rəqəmlər açıqlayıb.

Musavat.com xəbər verir ki, Kiselyovun “Azərbaycana atom elektrik stansiyası lazımdırmı” sualını cavablandıran Prezident ölkəmizin yetərincə enerji ehtiyatlarının olduğunu və əlavə mənbəyə ehtiyac duymadığını deyib.

Cavabında dövlət başçısı həmçinin deyib: “Azərbaycanda təbii qazın sübut olunmuş ehtiyatları 2,6 trilyon kubmetr səviyyəsindədir. Nəzərə alsaq ki, otuz il ərzində bizim işlətdiyimiz neft yataqları, resursların yeni qiymətləndirilməsi 500 milyon tondan bir milyard yarım tona çatıbdır, onda bizim qaz və qaz-kondensat yataqlarımız haqqında təxminən eynisini demək olar. Yəni 2,6 trilyon on il əvvəlki qiymətləndirilmiş ehtiyatlardır. Aydındır ki, bu cür potensial həcmlə və 25 milyard kubmetr ixrac həcmi ilə biz əlavə enerji mənbələrinə ehtiyac duymuruq”.

Prezidentin bu cavabından aydın olur ki, son dəyərləndirmənin nəticəsi olaraq ölkənin ən iri neft yataqları blokunun (Azəri-Çıraq-Günəşli) ehtiyatları 1,5 mlrd ton təşkil edir. Enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, bundan öncəki qiymətləndirmə AÇG-dən çıxarıla biləcək neft həcmlərini təqribən 1 mlrd ton təşkil etdiyini göstərirdi: “90-cı illərin ortalarında isə AÇG-dən çıxarıla biləcək neft ehtiyatlarınln 511 milyon ton olduğu güman edilirdi. İndi görürük ki, AÇG neft ehtiyatları əvvəlki qiymətləndirmədən 50 faiz həddində artım edir. Prezidentin bu açıqlaması təbii ki, siyasi bəyanatdır. Bəyanatın təsdiqini cəmiyyətə, ətraf ölkələrə və bazar iştirakçılarına sübutu isə artlq 3 qurumun vəzifəsidir: bp şirkəti (AÇG-nin operatoru); SOCAR (dövlətin maraqlarının PSA müqavilələrində təmsilçisi); Ekologiya və Təbii Sərvətlər Nazirliyi (təbii ehtiyatların uçotunu aparan və onların işlənməsinin AR qanunlarına uyğunluğuna cavabdeh hökumət strukturu)”.

Ekspert hesab edir ki, Prezident İ.Əliyevin açıqlamasındakı rəqəmlər təsdiq olunmuş və mötəbər məlumatlardan qaynaqlanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR