İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentdən ordumuz və hərbi sənayemizin inkişafına dair mühüm açıqlama - Türkiyə modeli haqda bilmədiklərimiz

Ekspert: “Ordunun  silahlanmasında daha çox təmassız müharibə vasitələrinin və idarəolunan sursatların tətbiqi genişləndirilir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də ölkəmizdə səfərdə olarkən Azərbaycan Prezidenti ilə birgə mətbuat konfransında hər iki dövlət başçısı mühüm bəyanatlar, mesajlar verdilər. Bunlardan biri də Prezident İlham Əliyevin ordumuz və hərbi sənayemizlə bağlı dedikləridir.

Dövlət rəhbəri deyib ki, Azərbaycan Ordusunun Türkiyə modeli əsasında inkişaf etdiyini əyani şəkildə görürük: “Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək. Biz bunu əyani şəkildə görürük. Mən bu dəstəyə görə sizə özəlliklə təşəkkürümü bildirmək istəyirəm”.

“Bu gün eyni zamanda müdafiə sahəsində və müdafiə sənayesi sahəsində gələcək planlar haqqında danışdıq”, - deyə Prezident İlham Əliyev qeyd edib: “Məmnuniyyətlə qeyd olundu ki, bu il 16 birgə hərbi təlim keçiriləcəkdir. Onlardan 6-sı artıq keçirilib”, - dövlət başçısı əlavə edib.

Nəzərə çatdıraq ki, İkinci Qarabağ savaşından sonra Azərbaycan Silahlı Qüvvələrinin tərkibində dağ komando birləşmələri yaradılıb, Türkiyə modeli ilə bağlı digər bir çox işlər görülüb.

Bəllidir ki, həm taktiki, həm silahlanma, həm döyüş qabiliyyətinə - ümumiyyətlə, bütün parametrlər üzrə Türkiyə ordusu dünyanın ən mükəmməl ordularından sayılır.

Türkiyə ordusu barədə nələr bilirik? Hansı imkanlara sahibdir? Türkiyə modelinin üstünlükləri nələrdən ibarətdir?

Azərbaycan Ordusunun qardaş ölkənin hərbi modelinə tam keçidi üçün nə qədər zaman lazımdır? Habelə hərbi sənaye ilə bağlı da Türkiyə ilə birlikdə təbii ki, detalları açıqlanmayan anlaşmalar mövcuddur. Biz birlikdə nələr istehsal edə bilərik? Azərbaycanda birgə hərbi sənaye, hərbi təyinatlı texnika, silah-sursat istehsalı üçün hansı imkanlar var? 

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”

Rövşən Məhərrəmov

Hərbi ekspert Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Türk ordusu NATO-da güc baxımdan ikinci ən güclü ordudur. Son illərdə isə Türkiyənin hərbi-sənayesinin sürətlə inkişafı Türk ordusunu daha da gücləndirib: “Azərbaycan Ordusunun Türk ordusu modelinə keçidi üçün artıq bir sıra addımlar atılıb və proses davam edir. Təşkilati-ştat strukturu təkmilləşdirilərək Quru Qoşunları Komandanlığı və yeni hərbi birliklər, komando briqadaları yaradılıb. Azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrin əməliyyat və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, həmçinin xüsusi şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə əməliyyat (komando) hərbi hissələri yaradılıb. Komandoların Türkiyədə müvafiq hazırlıq kurslarını keçməsi təmin edilib. Vətən müharibəsində əldə edilən təcrübələrin təhlili əsasında Türkiyə Silahlı Qüvvələrinin də modeli nəzərə alınaraq yeni döyüş təlimatları hazırlanıb. Türkiyə Silahlı Qüvvələri zabitlərinin iştirakı ilə təşkil edilən bir çox kurslara xeyli sayda hərbi qulluqçunun cəlb edilməsi mütəxəssis hazırlığını da yeni səviyyəyə yüksəldib. Azərbaycan Ordusunda bir sıra istiqamətlər üzrə tədbirlər icra edilib. Əsas diqqət daim döyüşə hazırolma və silahlı qarşıdurma kəskinləşdiyi zaman yarana biləcək vəziyyətdə adekvat cavab tədbirlərinin görülməsinə yönəldilib. Azərbaycan Ordusunda bir neçə yeni qurum - əməliyyat komando qurumları, briqadaları yaradılıb. Komandolar, təchizat göndərilməsə belə, tapşırıqlarını yerinə yetirən hərbi qulluqçulardır. Onlar istənilən vaxt və hər yerdə - quruda, dənizdə və havada döyüşmək üçün təlim görürlər. Onu da qeyd edək ki, Türkiyə modelinə keçmək üçün qarşıda duran başlıca vəzifədən biri Azərbaycan Ordusunun silah-sursatının yenilənməsidir. Bu məsələdə də Türkiyə hərbi müdafiə sənayesinin məhsullarını əldə etməyimiz və birgə istehsal mühüm əhəmiyyət daşıyır. Qarşıdakı dönəmdə yeni tələblərə, NATO tələblərinə cavab verən 5-ci nəsil hərbi texnika, təyyarələr alınmalıdır. Bunun üçün Azərbaycan ilk növbədə Türkiyə ilə hərbi-texniki əməkdaşlığı da dərinləşdirir".

R.Məhərrəmov qeyd etdi ki, Azərbaycan Ordusunun Türk ordusu standartlarına uyğunlaşması prosesi yaxın zamanlarda daha sürətli xarakter alacaq. Bunun üçün qanunvericilik bazası artıq xeyli vaxtdır mövcuddur: “16 avqust 2010-cu ildə Türkiyə və Azərbaycan arasında imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" Anlaşma Şuşa Bəyannaməsinədək olan dövrdə ən o?nəmli anlas?madır. Bu Anlas?ma sənədinin imzalanmasından sonra bu?tu?n digər sahələrlə yanas?ı, hərbi sahədə də genis? və dərin miqyasda əməkdas?lıq bas?ladı. Bir mu?ddət sonra isə birgə hərbi təlim kec?irilməsi mu?təmadi xarakter aldı. Yu?zlərlə, minlərlə gənc Tu?rkiyənin mu?xtəlif hərbi məktəblərində pes?əkar zabit kimi yetis?dikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin tərkibində xidmət etməyə başladı. Bütün bu amillər Azərbaycanın 44 günlük savaşda qələbəsini şərtləndirdi. Azərbaycan Ordusu müharibə zamanı nizam-intizamlı ordu olduğunu dünyaya göstərdi. Biz artıq Türkiyə ordusu modelindən döyüş əməliyyatlarında uğurla istifadə etdik, onun üstün tərəflərindən yararlandıq. İkinci Qarabağ savaşı da göstərdi ki, keçmiş sovet doktrinası üzərində qurulan ordular müasir təmassız müharibələrin tələblərinə tam cavab vermir, effektivliyi də azdır, yoxdur. Ona görə indi Azərbaycan ordu quruculuğunda üstünlüyü Türkiyə, dolayısı ilə NATO modelinə verir. Ordunun  silahlanmasında daha çox təmassız müharibə vasitələrinin və idarəolunan sursatların tətbiqi genişləndirilir. Türkiyə müdafiə sənayesinin aparıcı şirkətləri ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlığı dərinləşir, birgə istehsal sahələrinin fəaliyyəti də həmçinin. Son bir-iki ildə Türkiyə müdafiə sənayesinin istehsal etdiyi elə silahlar var ki, xüsusilə PUA-lar dünyada ən modern silahlar, kateqoriyasına aid edilir. Bu yaxınlarda Türkiyənin ən böyük hərbi gəmisi və dünyanın ilk hərbi PUA gəmisi (gəmi bir sıra texnikalarla yanaşı pilotsuz uçuş aparatlarını (PUA) da daşıya biləcək və PUA-lar gəmidən havaya qalxa biləcəklər) - “TCG Anadolu” xidmətə başlayıb. Bu gəminin dünyada analoqu yoxdur. Bu faktın özü Türkiyə müdafiə sənayesinin inkişafının səviyyəsinin göstəricisidir".

Ekspert vurğuladı ki, Azərbaycan Ordusunun Türk ordusu modelinə keçidi davam edir və çox da uzaq olmayan zamanda bu proses uğurla yekunlaşacaq.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR