İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyevin müsahibəsi Moldova mətbuatında...

Moldovanın aparıcı KİV-lərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibə geniş yayımlanıb.

Musavat.com-a Azərbaycan Respublikasının Moldovadakı Səfirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Moldovanın böyük oxucu auditoriyası olan “Point”, eləcə də “Dosar media”, “Noi”, “Timpul” və digər xəbər portallarında, Jurnal TV telekanalında yayımlanan məqalələrdə dövlətimizin başçısının sitatlarına istinadla Laçın Xankəndi yolunda gedən etiraz aksiyasında Azərbaycan gənclərinin danılmaz rolu, eləcə də, Azərbaycanın etiraz aksiyası keçirməkdə məqsədi blokada yaratmaq olmadığı vurğulanıb.

Rus və rumın dillərində dərc olunan məqalələrdə hazırda Azərbaycanla Ermənistan arasında mövcud münasibətlər, sülh gündəliyi və regional güclərin bölgəyə maraqları və digər məsələlər əks olunub.

Xəbərin linkləri:

1. https://dosarmedia.md/ilham-aliyev-desi-razboiul-s-a-incheiat-lupta-continua/
2. https://noi.md/ru/raznoe/jekonomika-azerbajdzhana-rekordno-vyrosla
3. https://point.md/ru/novosti/v-mire/aliev-iskliuchil-novyi-konflikt-s-armeniei-itogi-voiny-priniaty-mirom/
4. https://timpul.md/articol/a-numi-evenimentele-care-au-loc-pe-drumul-lachin-khankendi-o-blocada-este-nerusinare.html
5. https://noi.md/ru/raznoe/iliham-aliev-vojna-okonchilasi-no-boriba-eshhe-prodolzhaetsya?prev=1



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR