Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyev Azərbaycanla Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının Bakıda keçirilməsinə dair sazişi təsdiqləyib.
Musavat.com-un xəbərinə görə, dövlət başçısı bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş”in təsdiq edilməsi haqqında qanunu imzalayıb.
Sənəd 2023-cü il dekabrın 22-də Bakı şəhərində imzalanıb.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ