Onlayn ictimai-siyasi qəzet
Azərbaycan güclü ölkədir, güclü iqtisadiyyatı var, xarici borcu ÜDM-in 6,9 %-ni təşkil edir.
Bunu Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.
"Əlbəttə ki, kim bizi tənqid edir, onların məhz xarici borcu ÜDM-in 100 %-i qədərdir və ondan da artıqdır. Biz yoxsulluğu 5 %-ə salmışıq və Fransaya gəldikdə, bu, xeyli çoxdur”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, təbii, bu, bizim reallığımızdır.
“Bu, bizim torpağımızdır. Bu, bizim həyatımızdır və istərdik ki, Azərbaycan xalqına hörmətlə yanaşsınlar. Səmimi desək, biz artıq öz səylərimizi göstərdik ki, Qərb mətbuatında Azərbaycanla bağlı rəy dəyişsin, lakin görürük ki, bu, vaxt itkisidir”, - Prezident bildirib.
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ