İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Administrasiyası TƏCİLİ məlumat yaydı - XANKƏNDİYƏ ...

Xəbər verildiyi kimi, sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayış hadisəsi baş verib. Hazırda ərazidə yanğın davam edir.

Bu barədə Musavat.com-a Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından məlumat verilib.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 ədəd xüsusi təyinatlı yanğınsöndürmə avtomobili heyəti ilə birgə hələ də davam edən yanğının söndürülməsi üçün Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndi şəhərinə yola düşüb.

Ehtiyac yaranacağı təqdirdə əlavə qüvvələr də cəlb olunacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR