İnsanlara hürriyət, millətlərə istiqlal!

“Postların sayının artırılıb-azalması müvəqqəti də ola bilər”- Arzu Nağıyev

“Rusiya hərbi kontingentinin komandanlığı necə və hansı əsasla Azərbaycan ərazisindəki postların sayını son nəticədə azaltmaq əvəzinə, əksinə, artırır?”

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev bu fikirləri Musavat.com-a, Rusiya sülhməramlılarının Qarabağda öz postlarını artırdığı barədə yayılan məlumata münasibət bildirərkən söylədu. Millət vəkilinin sözlərinə görə, burada əsas məsələ yolun uzunluğu ilə bağlı ola bilər: “Eyni zamanda coğrafi mövqe də əhəmiyyət daşıyır...Postların sayının artırılıb-azalması müvəqqəti də ola bilər. Yəni bunun hansısa siyasi məqsədlə edildiyi inandırıcı görünmür. Məlumdur ki, atılan istənilən addım hər iki münaqişə tərəfinin razılığı ilə həyata keçirilməlidir”.

A.Nağıyev əldə olunan razılaşmaya istinad etdi: “10 noyabr sazişinə uyğun olaraq, atəşkəs rejiminə və hərbi əməliyyatlara nəzarət etmək üçün münaqişə zonasına 1960 hərbi qulluqçu, 90 zirehli transportyor, 380 texnika və xüsusi texnikadan ibarət Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdiriliməli idi və belə də oldu. Sülhməramlılar da üç prinsiplə öz işlərini qurmalı idilər və hazırda da buna riayət olunmalıdır - tərəflərin razılığı, qərəzsizlik və özünümüdafiə, həmçinin mandatın müdafiəsi istisna olmaqla, güc tətbiq etməmək. Əsas məsələ odur ki, tezliklə sülh müqaviləısinin imzalanması baş tutarsa və tərəflər sülhlə bağlı bir-birinə zəmanə verərsə, heç sülməramlı qüvvələrə ehtiyac da qalmaz. Zənnimcə, hazırda ən optimal varianat bu istiqamətdə işin aparılmasıdır”.

Elşad,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR