İnsanlara hürriyət, millətlərə istiqlal!

Portuqaliyadan Abramoviçə daha bir zərbə-10 milyon dollarlıq mülkünə əl qoyuldu

Portuqaliyanın Alqarve bölgəsində rusiyalı oliqarx Roman Abramoviçin 10 milyon avro dəyərində olan evinə həbs qoyulub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə yerli “Publico” qəzeti məlumat yayıb.

Qəzetin informasiyasına əsasən, Ukraynada hərbi əməliyyatların başlamasına 15 gün qalmış Abramoviçin investisiya holdinqinə məxsus “Millhouse Views” MMC bu əmlakı satmağa cəhd edib, lakin Portuqaliyanın “Caixa Geral de Depósitos” dövlət bank korporasiyası bu barədə polisə məlumat verib.

882f4e51-fc7f-4163-a113-c4804c66ad08.jpg (388 KB)

Portuqaliya Xarici işlər nazirliyinin tələbi ilə martın 25-dən əmlakın qeydiyyatı dondurulub.

0a2699f7-520c-488c-8760-d4094ec916c3.jpg (254 KB)

Xatırladaq ki, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Roman Abramoviç Avropa İttifaqı və Böyük Britaniyanın sərt sanksiyalarına məruz qalıb. Onun aktivləri, o cümlədən Londonun “Çelsi” futbol klubu əlindən çıxıb. Abramoviç bundan sonra klubu amerikalı iş adamları Todd Boeli və Mark Valter, isveçrəli milyarder Hansiyorq Viss və “Clearlake Capital” investisiya şirkətinin daxil olduğu konsorsiuma satmaq barədə müqavilə imzalamalı olub.

7f38fd24-84fc-465a-9509-f2bce70565e9.jpg (268 KB)

Bu ilin aprel ayının ortalarında isə Britaniyanın Cersi adasının məhkəməsi Roman Abramoviçə bağlı 7,3 milyard dollarlıq aktivlərin dondurulması haqqında qərar çıxarıb. Bu, rusiyalı oliqarxın 13,9 milyard dollar dəyərində sərvətinin yarısından çoxdur.

f1f7f199-ad91-47ea-892e-fc81560546d9.jpg (155 KB)

Bundan əlavə, Fransa hakimiyyəti Abramoviçin Rivieradakı 120 milyon dollarlıq malikanəsini müsadirə edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR