Onlayn ictimai-siyasi qəzet
Bu gün İrəvanda Rusiya səfiri və Ermənistan İstintaq Komitəsinin sədri ölkələr arasında beynəlxalq hüquqi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Görüş zamanı Sergey Kopırkin və Ermənistan İstintaq Komitəsinin yeni rəhbəri Artur Poqosyan bir sıra məsələlər üzrə razılıq əldə ediblər.
Onlar həmçinin Ermənistanda cinayət işlərində iştirak edən və Rusiya Federasiyasında qalan vətəndaşlar mövzusuna toxunublar. Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya səfiri XİN-ə çağırılmış və ona etiraz notası təqdim edilmişdi.
Musavat.com
20 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ