İnsanlara hürriyət, millətlərə istiqlal!

Poqosyan: “Çox çətin vəziyyət yaranıb, ağır qərar da olsa, qəbul etməliyik”

“Məndə olan məlumata görə, dünən keçirilən görüşün nəticəsində məlum olub ki, problemin hansısa formada həlli ilə bağlı müəyyən konsensus var. Amma hansı yolun seçiləcəyini zaman göstərəcək. Təbii ki, xalq hakimiyyətdən qərar verməsini tələb edir, amma mən özüm başa düşürəm ki, bu qərar çətin ola bilər”.

KONKRET.az xəbər verir ki, bu sözləri separatçı Vaqram Poqosyan bildirib

Onun fikrincə, Qarabağda mövcud son problemlərin həlli yolları nəhayət tapılmalıdır, lakin onların konkret nə olacağını deyə bilməz.

“Təəssüflər olsun ki, bu gün biz Qarabağ ermənilərinin tək qaldığını və heç bir yerdən, hətta Ermənistandan belə dəstək almadığını görürük. Başa düşürük ki, kifayət qədər çətin vəziyyət yaranıb. Ancaq nə olursa olsun, qərar qəbul edilməlidir. Bu qərar Qarabağ erməniləri üçün ağır olsa da, onları necə xilas edə biləcəyimizi başa düşməliyik”, – deyə Poqosyan vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR