İnsanlara hürriyət, millətlərə istiqlal!

Poltavada yaşayış binasına hücum: 3 ölü, 10 yaralı - YENİLƏNİB

Ukraynanın Fövqəladə Hallar Dövlət Xidmətinin (DSNS) məlumatına görə, Poltavada yaşayış binasına endirilən raket zərbəsi nəticəsində 3 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Zərbə nəticəsində binanın 1-dən 5-ci mərtəbəyədək olan hissəsi tamamilə dağılıb və güclü yanğın baş verib. Həmçinin qonşu binalara və 12 avtomobilə ciddi ziyan dəyib.

Xilasedicilər dağıntılar altından 21 nəfəri xilas edə bilib. Axtarış-xilasetmə işləri davam edir.

***

Bu gün Rusiya ordusu Ukraynanın Poltava şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasına raket zərbəsi endirib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində bina ciddi ziyan görüb və yarıya qədər dağılıb.

Hazırda ölən və yaralananlar barədə rəsmi məlumat verilməsə də, hadisə yerində xilasedicilər və digər təcili xidmətlər işləyir. Axtarış-xilasetmə əməliyyatları davam edir. Yerli hakimiyyət orqanları və şahidlər hücumun miqyasını qiymətləndirmək üçün araşdırmalar aparırlar.

Raket hücumunun səbəb olduğu dağıntılar bölgədəki sakinlər arasında ciddi narahatlıq yaradıb. Hadisə ilə bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR