Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Poltava vilayətinin Piryatin şəhərində səfərbər olanları bölməyə müşayiət edən hərbi komissarlıq əməkdaşı yanacaqdoldurma məntəqəsində güllələnib.
Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, hücum edən şəxs çağırışçılardan biri ilə qaçıb.
Hadisə 2025-ci il fevralın 1-də səfərbər edilmiş şəxsi heyətin 199-cu tədris mərkəzinə daşınması zamanı baş verib.
Ukrayna ordusunun baş qərargahının məlumatına görə, boz rəngli geyimdə olan naməlum şəxs hərbçiyə yaxınlaşıb və onu ov tüfəngi ilə hədələyərək silahı təhvil verməsini tələb edib. İmtina cavabı alan cinayətkar atəş açıb, hərbçini ölümcül yaralayıb. Bundan sonra hücumçu onun avtomat silahını götürərək səfərbər olunanlardan biri ilə birlikdə yoxa çıxıb.
Hazırda cinayətkarın və itkin düşən əsgərin axtarışı davam etdirilir.
Musavat.com
01 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ