İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa “Vaqner”ə və Rusiyaya görə ordusunun şəxsi heyətini iki dəfə artırır

Polşa “Vaqner” Xüsusi Hərbi Şirkəti yaraqlılarının və Belarusdakı Rusiya əsgərlərinin fəallığı fonunda yaxın gələcəkdə özünün nizami ordusunu demək olar, iki dəfə artırmaq niyyətindədir.

“Report” “Polskie Radio”ya istinadən xəbər verir ki, bunu Polşa Baş nazirinin müavini Yaroslav Kaçinski deyib.

Baş nazirin müavininin sözlərinə görə, ölkədə hazırkı üç diviziya əvəzinə yeddi diviziya yaradılacaq, onlardan altısı döyüş, yeddincisi isə ehtiyatda olacaq.

"Biz hərbi hissələri bərpa edirik, yenilərini yaradırıq. İndi yenisi - altıncı diviziya yaradılır", - Kaçinski deyib.

O, həmçinin vurğulayıb ki, Varşava NATO-nun şərq cinahında sipər olmaq üçün Avropanın ən güclü quru ordusunu yaratmağa çalışır.

Qeyd edək ki, bir neçə gün əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqnerçi”lərin Varşavaya getmək istədiklərini etiraf edib. “Onlar “Qərbə getmək istəyirik. İcazə verin” deyirlər. Deyirəm, Qərbə getməyə nə ehtiyac var? Yaxşı, Varşavaya, Jeşuvaya ekskursiyaya gedin”, - o deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR