İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa-Belarus sərhədində gərgin durum – miqrant keçidlərinə diqqət artırılır

Polşanın altı aylıq Avropa İttifaqına sədrliyi ərzində təhlükəsizlik məsələlərini diqqət mərkəzində saxlayır.

Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, son onilliklərdə Avropada baş verən ən böyük silahlı münaqişə kontekstində Polşanın Belarusla sərhədi blokun və onun dəyərlərinin qorunması uğrunda mübarizənin əsas simvoluna çevrilir.

Belarusla sərhədin uzunluğu təqribən 400 km-dir və onun mühafizəsinə təxminən 13 min sərhədçi və hərbçi cəlb olunub. Bu sərhəd, xüsusən də üç il əvvəl Rusiyanın Ukraynaya təcavüzündən sonra bufer zonaya çevrilib. “Assoşieyted Press” xəbər verir ki, oxşar qoruyucu tədbirlər Rusiyanın Kalininqrad vilayəti ilə şimal sərhədində də həyata keçirilib.

Polşa Ukrayna üçün logistika mərkəzi kimi əsas rol oynayır: Ukrayna ordusunu dəstəkləmək üçün Qərb silah və texnikasının tədarükünün əhəmiyyətli hissəsi onun ərazisindən keçir. Eyni zamanda Rusiya Belarusdan öz təcavüzü üçün mühüm tramplin kimi istifadə edir.

Sərhəd şəhəri Polovets yaxınlığında 5,5 metrlik polad maneə dikəlir, onun üstü tikanlı məftillərlə örtülüb və müşahidə kameraları ilə təchiz olunub. Sərhəd keçidi bağlıdır, yol boyu beton bloklar və məftil layları müdafiə xətlərini xatırladır. Yanvarın 16-da Polşa hökuməti beynəlxalq jurnalistləri təhlükəsizlik tədbirlərinin həcmini nümayiş etdirməyə dəvət edib.

Rəsmi Varşava bu cür tədbirləri Rusiya və Belarusun apardığı hibrid müharibə ilə izah edir. Hökumət sözçülərinin dediyinə görə, əsasən Afrika və Yaxın Şərqdən gələn mütəşəkkil miqrant qrupları Polşada və Avropanın qalan hissəsində vəziyyəti sabitsizləşdirmək üçün sərhədə doğru gedirlər.

Baş nazir Donald Tusk brifinqdə deyib: “Biz viza qaydalarını sərtləşdirmişik və sığınacaq hüquqlarını Minsk və Moskvadan ilhamlanaraq kütləvi sərhəd keçidi hallarında dayandırmışıq”.

Bu addımlar Polşanın Avropa İttifaqını yeni təhdidlərdən müdafiə etmək səylərini vurğulayır, eyni zamanda humanitar və insan haqları problemləri ilə bağlı mübahisələrə səbəb olur.

Ötən il 30 min dəfə sərhədi qanunsuz keçməyə cəhd edilib. Onların əksəriyyəti Efiopiya, Eritreya və Somalidən olan gənclərdir. Polşa səlahiyyətliləri Belarusa turist və ya tələbə vizası ilə gəldiklərini və 8000 dollardan 12000 dollara qədər pul müqabilində sərhəddən keçdiklərini söyləyiblər.

Polşa iddia edir ki, onlara Belarus təhlükəsizlik xidmətləri və digər “təşkilatçılar” kömək edir. Onlar, əsasən, ukraynalılardır. Onlar kömək etdikləri hər bir şəxsdən 500 dollar qazana bilərlər.

Sərhədçilər mütəmadi olaraq hücuma məruz qaldıqlarını bildirirlər. Ötən il bir sərhədçi həlak olub, bir neçəsi yaralanıb. Miqrantların mühafizəçilərə daş atdıqları, bibər qazı istifadə etdikləri iddia edilir. Ötən il sərhədin bu hissəsində 400-dən çox insident qeydə alınıb, 307 nəfər xəstəxanaya yerləşdirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR