İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2026: Fransa - Azərbaycan QARŞILAŞMASI - VİDEO

İlk yayın vaxtı 22:48

Fransa – Azərbaycan matçında hesab 3:0 oldu

Musavat.com xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda keçirilən Fransa – Azərbaycan oyununda meydan sahibləri növbəti qolu vurublar.

Paris şəhərindəki “Park de Prens” stadionunda baş tutan qarşılaşmanın 84-cü dəqiqəsində Floryen Toven fərqlənib və hesabı 3:0 edib.

Bu qolla Fransa yığması üstünlüyünü daha da artırıb və oyunun son dəqiqələrinə rahat şəkildə daxil olub. 

 

***

Fransa – Azərbaycan matçında hesab 2:0 oldu

Musavat.com xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda keçirilən Fransa – Azərbaycan qarşılaşmasında meydan sahibləri üstünlüklərini artırıblar.

Paris şəhərindəki “Park de Prens” stadionunda baş tutan oyunun 69-cu dəqiqəsində Adrien Rabyo baş zərbəsi ilə fərqlənərək hesabı 2:0 edib.

Bu qolla Fransa millisi matçda üstünlüyünü daha da möhkəmləndirib. Azərbaycanın qarşılaşmada geri dönmək üçün vaxtı azalıb. 

***

Fransa – Azərbaycan oyununda ilk hissə başa çatdı

Musavat.com xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda keçirilən Fransa – Azərbaycan matçında ilk hissə yekunlaşıb.

Paris şəhərində yerləşən “Park de Prens” stadionunda baş tutan qarşılaşmada hesab 45+1-ci dəqiqədə açılıb. Meydan sahiblərinin hücumçusu Kilian Mbappe fərqlənərək Fransa yığmasını önə keçirib.

Matçın ikinci hissəsində Azərbaycan millisinin geridönüş üçün şansı qalır.

***

Fransa – Azərbaycan oyunu başladı

Musavat.com xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Fransa və Azərbaycan milli komandaları arasında oyun artıq start götürüb.

Görüş Parisdə yerləşən “Park de Prens” stadionunda keçirilir. Matçın baş hakimi Norveçdən olan Rohit Saqqidir.

Qarşılaşma qrupda vəziyyətə ciddi təsir göstərə biləcək əhəmiyyətli oyunlardan biri hesab olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR