İnsanlara hürriyət, millətlərə istiqlal!

Polkovnik Üzeyir Cəfərovdan ŞOK ANONS: "Azərbaycan məcburən bunu edəcək..." - VİDEO

“Paşinyan hələlik oynayır”. Bu sözləri bu gün TV Müsavatın efirində, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Onun sözlərinə görə, Ermənistanda mina istehsal edən zavod var, Paşinyan o minaları basdırır: “Amma o minaların xəritəsini də bilmir. O qədər “azart”a girib ki, hansı minanı harda basdırdığını unudub. Ona görə də o mina günlərin bir günündə ayağının altında partlayanda özü hiss edəcək. 2020-ci ilin Ermənistanı ilə 2022-2023-cü ilin Ermənistanı arasında fərq var. Bu müddət ərzində vaxt uddular, görün, Ermənistan necə dirçəldi. 2020-ci ildə Azərbaycan Ermənistanın belini qırmışdıq, istənilən sənədi, 10 noyabr sənədini imzaladılar. Vaxt udandan sonra isə yavaş-yavaş başladı müəyyən şərtlər irəli sürməyə. Armen Qriqoryan deyir ki, biz Azərbaycana sülhlə bağlı fikirlərimizi təqdim etmişik. Amma o fikirlərin içərisinə bir cümlə salıblar - Qarabağda yaşayan ermənilərin hüquq və vəzifələri təmin edilməlidir. Yəni, Ermənistan hələ də öz köhnə xəstəliyindən əl çəkmir. Paşinyan özünün havadarlarının da hansı vəziyyətdə olduğunu dərk edir”.

Ü.Cəfərov hesab edir ki, Ermənistandan Türkiyəyə “keçmiş olsun” zəngi, yardım kampaniyasında iştirak Ermənistanın özünü Türkiyəyə əfv etdirmək cəhdləridir: “Biz qardaş Türkiyə ilə birlikdə regionda bəzi məsələləri sürətləndirməliyik. Təkcə Türkiyə ilə yox, Pakistan, İsraillə yaxınlığımızı da qeyd edərdim. Paşinyanı məcbur eləmək lazımdır. Bizim bir Qisas əməliyyatımızın da başa çatmamış hissəsi var. Azərbaycan hərbi əməliyyat istəmir, amma məcburiyyət qarşısında qalıb bu addımı atmalı olacaq. Ermənistan belə davam edəcəksə, bu, qaçılmazdır. Paşinyan sabah Münixdən heç yerə qaça bilməyəcək”.

Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiz.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR