İnsanlara hürriyət, millətlərə istiqlal!

Politoloq: "İsrail özünü beynəlxalq arenada çıxılmaz vəziyyətə saldı"

"İsrailin ərəb ölkələrinə hücumu yalnız vahid cəphəli müsəlman ölkələrində yox, həmçinin digər ölkələrdə də ciddi narazılığa səbəb oldu. Hətta bu ölkələr içində bu günədək İsraili dəstəkləyən ölkələr də var".

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Sahil İsgəndərov deyib.

Politoloq qeyd edir ki, HƏMAS-ın bu əməliyyata başlaması onu günahkar qismində qoydu amma, İsrail dövlətinin də atdığı adekvat addımlar İsraili dəstəkləyən cəhpədə ciddi bir etiraz yaradır:

"Avropanın bir çox yerlərində HƏMAS hücumları sonrası İsrail dəstəkli mitinqlər tərtib olunarkən, hazırda isə eyni mitinqlər İsrailin özünü hədəf alır. İsraili dəstəkləyən hökumətlərin vətəndaşlarının bu mövqeyi, vətəndaş və hökumət arasında fikir ayrılığına səbəb olaraq hökumətləri çətin vəziyyətə qoyur ki, ABŞ bu məsələdə veriləcək ən yaxşı misaldır. İsrailin bu hərəkətləri təbii ki, qəbul edilməz və yol verilməzdir. HƏMAS hücumlarının ilk anından etibarən nəinki Avropa hətta müsəlman ölkələri də HƏMAS-ın mülki insanları hədəf almağına etiraz etmişdi. Bir neçə gün əvvəl İsrail aviasiya hücumları nəticəsində Qəzzada mülki insanlara qarşı edilən əməliyyat müsəlman ölkələrinin də mövqelərinin dəyişməsinə səbəb oldu. Eyni zamanda bu əməliyyat həm İsrail dövlətini həm də yəhudi xalqını beynəlxalq arenada çətin və çıxılmaz vəziyyətdə qoyur. Beynəlxalq ictimaiyyət və eyni zamanda dünya insan haqları məhkəməsində, o cümlədən bir sıra qabaqcıl dövlət təşkilatlarında yəhudi xalqının soyqırıma məruz qalması faktı qəbul olunaraq bu xalqa bir çox imtiyazlar və köməklər edilir. Amma bugün soyqırıma məruz qalan bir xalqın nümayəndələrinin özünün mülki insanları hədəf alması bir çox məsələni sual altında qoyur. Bu səbəblə İsrail və yəhudi xalqı çətin vəziyyətə salır. Bir neçə gün bundan əvvəl İsrail prezidenti Yitzak Hertzoq xalqa müraciəti zamanı hərbi yollara əl atan istənilən fələstin və fələstinli məhv olmalıdır və bizim düşmənimizdir şəklində bəyanatı əlbəttə ki, İsraili dünya ictimaiyyətində çətin vəziyyətə salaraq, İsraili müttəfiq bilən tərəfdaşları ilə arasında uçurum yaradır".

Sahil İsgəndərli İsrail dövlətinin HƏMAS-la olan qarşıdurmasında Fələstin xaricində yer alan Suriya, Livan və Misirdə bəzi yerlərə hərbi aviyasiya zərbələri endirməsini absurd hesab edir:

"Çünki həmin ölkələrdə Həmasa aid hər hansı bir düşərgə, yaxud hərbi məntəqə yoxdur. Amma bu qarşıdurmada əsas hədəf Hizbullahı məhv etməkdirsə bu başqa çünki Hizbullah Livandadır. İsrailin Fələstin xaricində başqa müsəlman ölkələrinə hücum etməsi isə rəsmi Vaşinqton ilə Tel- Əviv arasında pərdəarxası bir razılaşma olduğu görünür. Bu münaqişə konteksində Suriyada yenidən qərb koalisiyasının fəallaşması planı yatır. Dəməşq və Hələb hava limanının vurulması isə ümumiyyətlə İsrail Həmas qarşıdurmasına uzaqdan və yaxından heç bir əlaqə daşımır, ona görə ki, Suriya ərazisindən İsrailə qarşı hansısa bir aqressiv hərəkət olmalıydı. Bu halda aviahücum zərbələrinə bəlkə də haqq qazandırmaq olardı, ancaq indiki halda bu edilən hücum məqbul sayılmır. İsrailin hansı səbəb və məntiqə dayanaraq bu addımı attdığı təəssüflər olsun ki, Tel- Əviv açıqlamır".

Dürrə Həsənova,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR