İnsanlara hürriyət, millətlərə istiqlal!

Politoloq: “Ermənistanda nə milli iqtidar, nə də müxalifət var”

“Ermənistanda bir nömrəli problem Paşinyanın və indiki hakimiyyətin hakimiyyətdən uzaqlaşdırılmasıdır. Onlar mövcud olduğu halda, gələcək haqqında danışmaq mənasızdır və proqnozlara görə, gələcək çox pis olacaq”.

Musavat.com xəbər verir ki, bu sözləri erməni politoloq Argişti Kiviryan yerli mediaya müsahibəsində deyib.

O qeyd edib ki, Paşinyan iqtidarı Ermənistanı təkcə böyük dövlətlər üçün deyil, region ölkələri üçün də sınaq meydanına çevirib:

“Biz o yerə çatmışıq ki, siyasi prosesləri artıq Azərbaycan diktə edir. Digər problemləri həll etmək üçün indiki hakimiyyətdən necə qurtulmaq, hakimiyyəti ələ almaq və effektiv proqramlar həyata keçirmək barədə düşünmək lazımdır. Əks halda Ermənistan gələcəkdə qonşu dövlətlərin bir hissəsi ola bilər”.

Argişti Kiviryanın sözlərinə görə, Ermənistanda nəinki məsul hakimiyyət, müxalifət də yoxdur: “İstənilən ölkədə müxalifət adətən hakimiyyətlə eyni olur. Ermənistan XİN rəhbərinin müavini elmi fəaliyyət bəhanəsi ilə hərbi xidmətdən yayınan, nəticəsini heç kimin görmədiyi adam olub”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR