İnsanlara hürriyət, millətlərə istiqlal!

"Politico": "Pentaqon Ukraynanın Krımı geri ala biləcəyinə şübhə ilə yanaşır"

ABŞ Müdafiə Nazirliyində keçirilən qapalı brifinqdə Rusiya-Ukrayna savaşı müzakirə olunub. Burada dövlət rəsmiləri və analitiklər Ukraynanın 2014-cü ilin yazında Rusiya tərəfindən işğal olunan Krıma nəzarəti yaxın gələcəkdə bərpa edə biləcəyi perspektivini şübhə altına alıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.

Məlumata görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvləri üçün keçirilən brifinqdə iştirak edənlər arasında, ABŞ Müdafiə nazirliyinin Əməliyyat idarəsinin rəisi general Duqlas Sims və müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Laura Kuper də olub. Brifinqdə gəlinən ümumi rəyə əsasən Ukraynadakı hərbi əməliyyatlar teatrında qüvvələr nisbəti Ukraynaya işğal altında olan yarımadanın azad edə biləcəyini söyləməyə imkan vermir.

Bundan əvvəl Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milli də eyni fikri dilə gətirmişdi.

Rəsmi Kiyev isə əsas məqsədinin bütün Ukrayna torpaqlarını, yəni 1991-ci ildə beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazisini bərpa emtək olduğunu çoxdan bəyan edib. Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov bir müddət əvvəl “Washington Post” qəzetinə müsahibəsində bu ilin yayına qədər Krımın azad edilməsinə çalışacaqlarını sözyləyib. Analitiklərin rəyinə görə, Ukraynanın əks-hücumu uğurlu alınarsa, Rusiyanı Krıma birləşdirən dəhliz ələ keçirilə bilər. Belə olan halda Krımda Rusiyanın qoşun qrupunun vəziyyəti xeyli pisləşəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR