İnsanlara hürriyət, millətlərə istiqlal!

Politico: "Co Bayden Kiyevə səfər etməyi planlaşdırmır"

Ukrayna paytaxtına səfər ABŞ prezidenti Co Baydenin planlarına daxil deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə “Politico” qəzeti Ağ evdəki mənbələrə istinadla məlumat yayıb.

Onların fikrincə, Kiyevə səfər ilk növbədə prezidentin təhlükəsizlik riskləri səbəbindən planlaşdırılmır. Buna baxmayaraq, Co Bayden administrasiyası Kiyevə yardımı davam etdirir.

Yeri gəlmişkən, Rusiya ordusunun gecə hücumu nəticəsində Kiyevin mühüm infrastruktur obyektlərinə ziyan dəyib. “Ukrinform” agentliyinin məlumatına görə, pilotsuz uçuş aparatlarının hücumları paytaxtda və regionda elektrik enerjisi təchizatında ciddi problemlər yaradıb. Hazırda enerji və istilik təchizatı ilə bağlı problemlərin həlli istiqamətində çalışmalar davam edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR