İnsanlara hürriyət, millətlərə istiqlal!

Polislərimiz Şamaxı-İsmayıllı yolunda - VİDEO, FOTOLAR

Şamaxı-İsmayıllı avtomobil yollarında hərəkət təşkil olunur.

DİN-in Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, yollara xüsusi avtomobillərlə qum və duz səpilir. Hərəkət dayandırılmayıb.

Tədbirlər davam edir.

***

Şamaxı-İsmayıllı avtomobil yolunda hava şəraiti ilə əlaqədar əraziyə polis əməkdaşları əlavə heyətlə xidmətə çıxarılıb.

DİN-in Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür. Avtomobillərdə olan şəxslərin vəziyyəti öyrənilməklə sürücü və sərnişinlərə köməklik göstərilir, vətəndaşların təhlükəsizliyi təmin olunur.

DYP ilə yanaşı, Şamaxı, İsmayıllı və Ağsu rayon polis şöbələrinin əməkdaşları ərazidə xidmətə cəlb edilib.

Tədbirlər davam edir.

@@TVmusavat/76775@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR