Onlayn ictimai-siyasi qəzet
Yeni il şənliklərindən sonra baş verən maraqlı hadisələrə yenisi əlavə olunub.
Musavat.com xəbər verir ki, Türkiyənin Sakarya vilayətində baş verən hadisə hər kəsin gülüşünə səbəb olub.
Belə ki, avtomobil idarə edən şəxsin polisin reydindən qaçmağa çalışması hər kəsi heyrətə salıb. Həmin şəxsi avtomobili yolun ortasında buraxaraq piyada qaçıb. Avtomobildə qadının da olduğu açıqlanıb. Polis həmin qadını sorğu-sual etmək üçün bölməyə aparıb.
Sürücünün kimliyini müəyyən etmək mümkün olmayan nəqliyyat vasitəsi evakuatorun köməyi ilə evakuatorla dayanacağa aparılıb.
Musavat.com
04 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ