Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Hatay vilayətində mübahisə zəminində həmkarı tərəfindən güllələnən rəis müavini Səlim Sarıkaya şəhid olub.
Musavat.com xəbər verir ki, evli olduğu öyrənilən şəhidin iki övladı yetim qalıb.
Rəis müavini olan 36 yaşlı Selim Sarıkaya İstanbul Büyükçekmece İlçe Polis Şöbəsindən müvəqqəti olaraq Hataya təyinat almışdı.
İlçe başqadı Ali Yerlikaya sosial media hesabında etdiyi paylaşımda, "Zəlzələ bölgəsində, Hatayda müvəqqəti xidmət edən polisimiz Səlim Sarıkaya şəhid oldu. Şəhidimizə Allahdan rəhmət, acılı ailəsinə və yaxınlarına başsağlığı verirəm",-deyə bildirib.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ