İnsanlara hürriyət, millətlərə istiqlal!

Polis məmuru avtomobilində mübahisə etdiyi qadın tərəfindən güllələndi

İstanbulun Sancaktepe rayonunda baş verən hadisədə polis məmuru Sinan Aytuğ avtomobildə mübahisə etdiyi Aynur A. adlı qadın tərəfindən güllənib.

Musavat.com xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən şəxs yaxalanıb.

Hadisə gecə saat 03.00 radələrində baş verib. İddiaya görə, Beykozda işləyən polis Sinan Aytuğ Aynur A. adlı qadınla avtomobildə olarkən aralarında naməlum səbəbdən mübahisə yaranıb. Aynur A. tapança ilə Sinan Aytuğı başından vuraraq öldürüb.

Hadisə yerindən qaçan Aynur A. polis tərəfindən tutularaq nəzarətə götürülüb. Sinan Aytuğun Beykozda işlədiyi və 1 həftə sonra təyinatı üzrə Vana getməyə hazırlaşdığı öyrənilib. Aytuğun cənazəsi məmləkəti Bitlisə göndərilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR