Onlayn ictimai-siyasi qəzet
Dağda köməksiz vəziyyətdə qalan şəxsləri polislər xilas edib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, Lerik rayonuna gəzintiyə gələn 3 nəfər çıxdıqları sərt dağlıq ərazidən düşə bilməyərək köməksiz vəziyyətdə qalıblar.
Əraziyə Lerik Rayon Polis Şöbəsinin əməkdaşları cəlb edilib. Nəticədə həmin şəxslər Lerik rayonunun Buzeyir kəndindəki dağlıq ərazidən çıxarılıblar.
Xəsarət alan olmayıb.
04 May 2025
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ