Onlayn ictimai-siyasi qəzet
21 azərbaycanlı iki gündür Domodedovo hava limanında saxlanılır. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu həmvətənlərimizin məsələsi ilə maraqlanmaq üçün bu ölkədəki konsulu hava limanına göndərib.
Azərbaycanın Rusiyadakı səfirliyindən haqqın.az-a verilən məlumata görə, deportasiya edilən 21 nəfərdən yalnız 4-nün Azərbaycan Respublikasının vətəndaşı olduğu və Rusiya Federasiyasının miqrasiya qanunvericiliyini pozduqlarına görə deportasiya edilməli olduğu məlum olub.
Hava limanında səfirliyin konsulu deportasiya olunanları müşayiət edən məhkəmə icraçılarının rəhbərliyi və Domodedovo administrasiyasının nümayəndələri ilə görüşlər keçirib. 4 Azərbaycan vətəndaşı hazırda lazım olan hər şeylə təmin olunub və "Azərbaycan Hava Yolları"nın (AZAL) Bakıya uçmaq üçün növbəti reysini gözləyir.
Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrdə bir qrup Azərbaycan vətəndaşının Moskvanın Domodedovo hava limanında əli qandallı saxlanması ilə bağlı məlumatlar yayılmışdı. Bildirilirdi ki, deportasiyaya məruz qalan 21 azərbaycanlı dünəndən hava limanında saxlanılır, onlara yemək və su verilmir, tualetə buraxılmır. Rusiya hüquq-mühafizə orqanları isə qəzəblənənləri "dubinka" ilə döyür, təhqir edir.
Şahanə Rəhimli
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ