Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupları (DRQ) Donetsk vilayətinin Pokrovsk şəhərinə daxil olmağa başlayıblar.
Bu hücum zamanı Ukrayna Silahlı Qüvvələrinin briqadalarından birində canlı qüvvə çatışmazlığından və vəziyyətin düzgün qiymətləndirilməməsindən istifadə edilib.
Rusiya bölmələri şəhərə əsasən Zverevoye istiqamətindən nüfuz ediblər. Hücumun qarşısını almaq məqsədilə Ukrayna tərəfi 155-ci dəniz piyada briqadası və 68-ci müstəqil ovçu briqadasının bölmələrini əks-hücuma cəlb edib.
Musavat.com xəbər verir ki, qarşıdurma zamanı Ukrayna hərbçiləri arasında insan tələfatı qeydə alınıb. Çox mürəkkəb və gərgin vəziyyət səbəbindən "dost atəşi" (eyni tərəfdən yanlışlıqla açılan atəş) hallarının da artdığı bildirilir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə şəhərin kənarında Ukrayna hərbçilərinin pusquya düşmə anları əks olunub. Döyüşlərin intensivliyi səbəbindən bölgədəki vəziyyət gərgin olaraq qalır.
Musavat.com
23 Iyul 2025
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ