İnsanlara hürriyət, millətlərə istiqlal!

Podolyak Gürcüstanın hakim partiyasının liderini “nadan” adlandırdı  

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının lideri İrakli Kobaxidzenin Ukrayna əleyhinə yeni bəyanatına sərt təpki göstərib.

Musavat.com xəbər verir ki, bu barədə “Gruziya online” portalı məlumat yayıb.

Xatırladaq ki, bu ilin fevralın 8-də İralki Kobaxidze Qərbin Gürcüstanı Rusiya ilə savaşa çəkməyə çalışdığını söyləmişdi. “Hazırkı mərhələdə Rusiya Ukraynada müəyyən üstünlüyə malikdir”,- deyə gürcü siyasətçi ukraynalıları bu sözlərlə qəzəbləndirib. Kobaxidze Rusiyanın “üstünlüyü”nün həm Ukrayna hakimiyyəti, həm də ABŞ və Avropa nümayəndələri tərəfindən təsdiqlənən fakt olduğunu deyib.

Mykhailo Podolyak İrakli Kobaxidzeni “nadan” adlandırıb. “Amerikanın səsi”nin gürcü xidmətinə müsahibəsində o, gürcü siyasətçinin “müharibədə Rusiya qalib gəlir” sözünə rişxəndlə yanaşıb.

“Gürcüstan neytral mövqe tutmalı və müharibəni şərh etməməyə çalışmalıdır, bu, strateji baxımdan Gürcüstan üçün çox faydalı olardı. İkincisi, təbii ki, bu qədər cahillik nümayiş etdirib, Rusiyanın bu müharibədə qalib gəldiyini söyləmək olmaz. Rusiya bir il əvvəl “üç günlük müharibə”nin də “qalibi” sayılırdı. Amma mən istərdim ki, cənab Kobaxidze Putinlə işlərin necə getdiyini və onun üç gün ərzində “Ukraynanı diz çökdürmək” planını öyrənsin”, - deyə Podolyak bildirib.

Zelenskinin ofisinin müşaviri də xatırladıb ki, Rusiya ilə müharibə bir ildir davam edir, lakin Moskva ciddi irəliləyiş əldə etməyib. Onun sözlərinə görə, indi qarşıda duran yeganə məsələ rusların Ukrayna torpaqlarını nə qədər tez tərk edəcəyi ilə bağlıdır.

Podolyak diplomatik səviyyə istisna olmaqla, Gürcüstan tərəfi ilə hər hansı şəkildə əlaqə saxlamağı da mənasız hesab etdiklərini bildirib. Onun bildirdiyinə əsasən, 2008-ci il faciəsində (Rusiyanın Gürcüstan ərazilərini işğalı-red.) yaşananlara rəğmən rəsmi Tiflis Rusiyanın Ukraynada insanları öldürmək hüququnun olduğunu düşünür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR