Onlayn ictimai-siyasi qəzet
Gərginliyi aradan qaldıran ən yaxşı vasitələrdən biri zarafatdır. Dünyanın bir çox siyasi liderləri də gərgin məqamlarda bu üsula üstünlük veriblər. Xüsusilə müharibələr zamanı birincilər yumor hisslərini nümayiş etdirməklə vəziyyəti “yumşaltmağa” çalışıblar. XX əsrin ən qəddar simalarından biri sayılan İosif Stalin də yumor hissindən məhrum olmayıb...
Müharibə dövründə Stalin təbliğat məsələlərinə xüsusi diqqət yetirib. Yazıçı və şairlərin əsərlərinin vətənpərvərlik mövzusunda olmasını vacib sayıb. Tanınmış qələm sahiblərinin kitabları çap olunmamışdan əvvəl onların məzmunu haqqında sovet liderinə məruzə edilib. Növbəti məruzələrin birində Stalinə altı dəfə Stalin mükafatı laureatı, cəbhəçi-şair Konstantin Simonovun çapa gedəcək kitabı təqdim edilib. Stalin şeirləri nəzərdə keçirdikdən sonra öz münasibətini bildirib:
Dərhal nəşriyyat direktoru ilə telefon əlaqəsi yaradılıb. Stalin birbaşa mətləbə keçib:
Bu hadisədən xəbər tutan Simonov əsərlərində ciddi mövzu dəyişikliyi edib.
***
Əlamətdar tarixlərdə, o cümlədən Stalinin ad günlərində Kremlə, Stalinin ünvanına çoxsaylı təbriklər ünvanlanıb. Təbii ki, Stalin vaxt baxımından bu təbriklərin hamısını oxumaq imkanında olmayıb. Amma arabir o, köməkçisi Poskrebışevdən həmin məktublardan bir neçəsini gətirməyi xahiş edib. Həmin məktublardan biri də Ukraynanın Konotop şəhərindən göndərilib. Təbrikdə aşağıdakılar yazılıb:
“Əziz İosif Vissarionoviç, sizi Oktyabr inqilabının ildönümü münasibətilə təbrik edirəm. Siz bizə görə narahat olmayın, Konotopda hər şey qaydasındadır...”
Stalin təbrikin müəllifinin kimliyi ilə maraqlanıb. Poskrebışev Ukrayna rəhbərliyi ilə əlaqə yaradıb, məlum olub ki, məktubu yazan psixoloji durumunda problem olan Konotop sakinidir. Həmin dövrdə Ukrayna Kommunist Partiyasının birinci katibi olan Nikita Xruşşov məktuba görə həmin şəxsi incidib. Xruşşovun bu hərəkəti Stalinin xoşuna gəlməyib. Kremldə ilin yekunları ilə bağlı müşavirə keçiriləndə Xruşşov il ərzində Ukraynada görülmüş işlərlə bağlı geniş məruzə ilə çıxış edib. Çıxışdan sonra Stalin üzünü ona tutub:
Xruşşov məcbur qalaraq Ukraynaya qayıdan ki, incitdiyi həmin şəxsdən Stalinə məktub yazmağı xahiş edib...
***
Sovet avtomobil sənayesinin ən populyar maşınlarından biri olan “Pobeda” 1946-cı ildən istehsal olunmağa başlayıb. Amma istehsala qədər bu avtomobilin layihəsi haqqında fərqli fikirlər olub. Əvvəlcə “Pobeda”nı Almaniya istehsalı olan “Opel” və “Volkswagen” kimi iki qapılı istehsal etməyi planlaşdırıblar. Hətta nümunə üçün bir neçə maşın da hazırlanıb. Təbii ki, son söz Stalində olub və qərar vermək üçün o, avtomobillə zavodda tanış olub. Sovet lideri iki qapılı “Pobeda”nın sükanı arxasına keçib.Bir neçə saniyədən sonra o, narazı halda maşından düşüb:
Bu görüşdən sonra dörd qapılı “Pobeda”nın istehsalına başlanıb.
***
Müharibə illərində Stalinin Stavkasında keçirilən müşavirələr həmişə gərginliklə müşayiət olunub. Bu müşavirələrə ayrı cəbhələrin yüksəkçinli zabitləri dəvət edilib. 1943-cü ildə keçirilən həmin müşavirələrin birində Stalin zalda gəzişərək əlini Ukrayna cəbhəsinin artilleriya qoşunlarında xidmət edən polkovnik Yermolinin çiyninə qoyub:
Heç bir xidməti nöqsanı olmayan Yermolin müşavirədən sonra hər gün öz həbsini gözləyib və sözsüz ki, Stalinə nəyə görə həbs ediləcəyini soruşmağa da cürət etməyib. Beləliklə, bu müşavirədən bir il vaxt keçib. 1944-cü ildə Yermolin yenidən Stavkanın müşavirəsində iştirak edib. Stalin yenə də zalda gəzişərkən əlini onun çiyninə qoyub:
Bu müşavirə də polkovnikin gərginliyi ilə yekunlaşıb.
1945-ci ildə Yerlomin Kremldə keçirilən qələbə ziyafətinə dəvət olunub. Polkovnik hətta ziyafətə belə qorxu içərisində gedib. Ziyafət zalında Stalin yenə də əlini onun çiyninə qoyub:
Ali Baş Komandam general rütbələrini polkovnikə şəxsən özü təqdim edib.
İlham Cəmiloğlu, Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ